6 dekabr 2025. Şənbə

Norris Verstappenin tənqidlərinə cavab verdi


  • Formula-1
  • 22:46 04.10.2025
  • Oxunma sayı: 137
Norris Verstappenin tənqidlərinə cavab verdi

“Maklaren” pilotu Lando Norris Sinqapur Qran-Prisinin kvalifikasiyasından sonra “Red Bull” pilotu Maks Verstappenin ona qarşı irəli sürdüyü tənqidlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Motorsport" 25 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

“Onlar həmişə şikayət edirlər. Hər şeydən narazıdırlar. Bu, ‘Red Bull’dur. Hətta bilmirəm, nə deyim. Mən təxminən üç saniyə öndə idim, başa düşə bilmirəm, problem nədir.

Sadəcə dövrəni tam formada yığa bilmədim. Burada normadan kiçik sapmalar var. Təbii ki, maşınımız indiki vəziyyətdə deyil. Biz sadəcə kifayət qədər sürətli deyildik, Rassell səviyyəsində dövrəni keçə bilmədik. Bu, bizim imkanlarımızın xaricində idi, keçən il də beləydi.

Görünür, bu həftəsonu hər kəs ön təkərlərlə ciddi problemlərlə üzləşdi. Bilirik ki, bəzən bu, maşınımızın zəif tərəfidir və çatışmayan çevik idarəetmə ən böyük problemimizdir.”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”