5 dekabr 2025. Cümə

“Formula-1-də Asiya pilotlarının azlığına səbəb, regionda qəhrəmanların olmamasıdır”


  • Formula-1
  • 13:16 07.10.2025
  • Oxunma sayı: 140
“Formula-1-də Asiya pilotlarının azlığına səbəb, regionda qəhrəmanların olmamasıdır”

"Mercedes" komandasının rəhbəri Toto Volf, Formula-1-də Asiyadan olan pilotların sayının az olmasının səbəbini izah edib.

90deqiqe.Az "grandprix247”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu idman növünün Asiya regionunda daha da populyarlaşması üçün gənc azarkeşlərin özlərinə örnək alacaq qəhrəmanlara ehtiyacı var.

"Formula-1" təmiz meritokratiyadır, sükan arxasında ən yaxşı pilot oturmalıdır. Hər şey kartinqdən başlayır. İnsanlara qəhrəmanlar lazımdır. Almaniyadan olan pilotların artması da buna görə baş verdi, çünki uşaqlar, gənclər, böyük məhəbbətlə, Mixael Şumaxeri izləyirdilər. Bir alovlanma lazımdır və bundan sonra hər şey inkişaf edir"

Hal-hazırda Formula-1-də yalnız iki Asiya təmsilçisi var: "Red Bull" komandasından yapon pilot Yuki Tsunoda və "Uilliams" komandasından taylandlı Alex Albon.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”