- Formula-1
- 19:43 04.12.2025
Formula 1-də 2026 mövsümündə kvalifikasiya formatının dəyişdirilməsi planlaşdırılır.
90deqiqe.Az "GPBlog”a istinadən xəbər verir ki, bu qərar çempionata 11-ci komanda olan ABŞ təmsilçisi "Kadillak"ın qoşulması ilə əlaqədardır.
Mənbənin verdiyi məlumata görə, 2026 mövsümündə birinci kvalifikasiya sessiyasının sonunda yarışdan altı sürücü çıxarılacaq, əvvəllər olduğu kimi beş yox. Eyni qayda ikinci sessiyaya da tətbiq olunacaq.
Üçüncü sessiyada isə ən sürətli 10 sürücü pole mövqeyi uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, oxşar kvalifikasiya formatı Formula 1-də 2016-cı ildə tətbiq olunmuşdu, o zaman çempionatda 11 komanda iştirak edirdi.