5 dekabr 2025. Cümə

Toto Volf Corc Rassellin gələcək kontraktı barədə danışdı


  • Formula-1
  • 23:26 07.10.2025
  • Oxunma sayı: 153
Toto Volf Corc Rassellin gələcək kontraktı barədə danışdı

“Mercedes” komandası rəhbəri Toto Volf britaniyalı sürücü Corc Rassellin bu ilin sonunda bitəcək müqaviləsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Autosport" funksionerin dediklərini belə çatdırıb.

“Kontraktlarla bağlı yaxşı qərarlar zaman tələb edir. Əsas olan detallardır, geniş mövzular deyil. Danışıqların gedişi barədə yaxın zamanda məlumat verəcəyik,” – Volf Autosport-a bildirib.

Qeyd edək ki, Rassell cari mövsümdə Kanada və Sinqapur mərhələlərində qalib gəlib.

Əvvəlki xəbərlərə görə, Rassell üç illik müqavilə və mövsümə təxminən 20 milyon dollar maaş tələb edirdi, lakin Volf onun maaşını bu məbləğin yarısından çox artırmağa hazır deyildi. Hazırda isə britaniyalı sürücü bir illik müqaviləni qəbul etməyə hazırdır, amma maliyyə şərtlərindən güzəşt etmək istəmir.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”