- Formula-1
- 19:43 04.12.2025
“Ferrari” şirkəti İtaliyanın Modena vilayətində, Fyorano şəhəri yaxınlığında, Fyorano trasının yanında yeni test trekinin tikintisini tamamlayıb
90deqiqe.Az xəbər verir ki, yeni avtomobil meydançası idman avtomobillərinin sınaqları üçün nəzərdə tutulub və inşası dörd aydan az müddətdə başa çatdırılıb.
Test trek 1887 metr uzunluğa malikdir, eni 6-dan 14 metrə qədər dəyişir və əsas düz xətti 600 metr təşkil edir. Ümumilikdə trek 37 min kvadrat metrdən çox sahəni əhatə edir. Trekin yanında isə avtomobillərin statik yoxlamaları və texniki xidmət üçün 1000 kvadrat metrlik sex tikilib.