5 dekabr 2025. Cümə

Hemilton FIA-nın soyuducu jiletlərlə bağlı təşəbbüsünü tənqid etdi


  • Formula-1
  • 13:00 09.10.2025
  • Oxunma sayı: 157
Hemilton FIA-nın soyuducu jiletlərlə bağlı təşəbbüsünü tənqid etdi

Yeddiqat dünya çempionu "Ferrari" pilotu Luis Həmilton FİA-nın 2026-cı ildə soyuducu jiletlərin təqdim edilməsi təşəbbüsünü şərh edib.

90deqiqe.Az "Racingnews365"a istinadən xəbər verir ki, Hemilton bildirib ki, bu cür sistemlərin məcbur edilməsi düzgün yanaşma deyil:

“Mən hesab etmirəm ki, bu, pilotlara məcburi şəkildə tətbiq olunmalıdır. Daim təhlükəsizlikdən danışırlar, amma yarış zamanı istidən dünyasını dəyişən pilot olmayıb – yanğın hallarını nəzərə almasaq. Ona görə də bu, sadəcə mənasız görünür.”

Təcrübəli pilot əlavə edib ki, soyuducu jiletlər müəyyən hallarda faydalı ola bilər, lakin onların istifadəsi yalnız pilotların rahatlığına əsasən könüllü olmalıdır:

“Bu, bizim seçimimiz olmalıdır. Onların bu imkan yaratmasını qiymətləndirirəm və sistem üzərində işi davam etdirəcəyik. Çox isti traslarda faydalı ola bilər, bunu anlayıram. Amma belə olmamalıdır ki, sən mütləq bunu geyinməlisən.”

 







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”