- Formula-1
- 19:43 04.12.2025
"Red Bull"un keçmiş rəhbəri Kristian Horner gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az "Racingnews365" ə istinadən xəbər verir ki, funksioner "Ferrari" ilə işləməsinin ehtimalının az olduğunu bildirib.
"Ferrari"nin Horner üçün variant olacağı ehtimalı azdır, çünki ona İtaliyaya köçmək və ailəsinin Maranelloya yerləşməsi lazım ola bilər", — deyə nəşr məlumat yayıb.
Xatırladaq ki, əvvəllər F1 Insider portalı Hornerin karyerasını "Ferrari"də davam etdirə biləcəyini bildirmişdi.
Hornerin "Red Bull"dan ayrılması barədə məlumat 9 iyulda verilmişdi. Yeni rəhbər, əvvəlcə "Racing Bulls" komandasına rəhbərlik etmiş Loran Meki təyin edilib.