6 dekabr 2025. Şənbə

“Reysinq Bulls” ABŞ Qran-prisi üçün xüsusi bolid dizaynı təqdim etdi


  • Formula-1
  • 22:59 15.10.2025
  • Oxunma sayı: 197
“Reysinq Bulls” ABŞ Qran-prisi üçün xüsusi bolid dizaynı təqdim etdi

Formula 1 komandası “Reysinq Bulls” ABŞ Qran-prisi üçün xüsusi bolid dizaynını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu dizayn komandanın titul sponsoru "Visa" kartının xüsusi rəng sxeminə həsr olunub və məşhur amerikalı müğənni Şabuzey ilə birgə hazırlanıb.

“İlin əvvəlində bu kartı təqdim etmək mənim üçün böyük sevinc idi, indi isə onu Formula 1 bolidində görmək möhtəşəmdir. Cash App həmişə əməkdaşlığı yeni səviyyəyə çıxarır”, – deyə Shaboozey bildirib.

Komandanın baş direktoru Piter Bayer əlavə edib:

“Biz VCARB üçün unikal bir üslubda mədəniyyətə toxunduq. Bu xüsusi bolid dizaynları bizim identliyimizin bir hissəsidir; bu, avtomobil idmanı ilə musiqi, moda və yaradıcılığın birləşdiyi anlardır. Bu həftəsonu trasda təqdim etdiyimiz dizayn bu ruhun daha bir cəsur ifadəsidir, və Ostin onun üçün ideal məkandır.”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”