5 dekabr 2025. Cümə

“Mik Şumaxer bəzi Formula-1 sürücülərindən daha yaxşıdır”


  • Formula-1
  • 22:53 16.10.2025
  • Oxunma sayı: 139
“Mik Şumaxer bəzi Formula-1 sürücülərindən daha yaxşıdır”

Əfsanəvi alman pilotu və hazırda ekspert olan Ralf Şumaxer 26 yaşlı nəvəsi Mik Şumaxer barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" 50 yaşlı keçmiş sürücünün dediklərini belə çatdırıb.

“Əgər mənim mövqeyimi anlamağa çalışsanız və hazırki Formula-1 sürücülərinin karyerasına baxsanız… Düşünürəm ki, Mik, ən azı, Yuki Tsunodadan daha yaxşı olardı. Mənim fikrimcə, o, Liam Loosondan da üstündür. Franko Kolapinto 2024-cü ildə güclü start etdi, amma hələ kifayət qədər inkişaf göstərməyib.

Buna görə də hesab edirəm ki, bu üç sürücü Mikin səviyyəsindən geri qalır, hətta xeyli geri. Buna görə də bunu başa düşə bilmirəm. Amma indi insanlar yenə deyəcəklər: ‘Təbii ki, sən onun əmisisən!’

"IndiKar"? Amerika yaxşı seçim deyil, düşünmürəm. Amma Rahal Letterman Laniqan Rasinq rəhbərliyi ona müqavilə təklif etmədiyi üçün səhv etdi”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”