14 dekabr 2025. Bazar günü

Corc Rassel “Mercedes” ilə ikiillik müqavilə imzalayıb


  • Formula-1
  • 23:38 16.10.2025
  • Oxunma sayı: 182
Corc Rassel “Mercedes” ilə ikiillik müqavilə imzalayıb

Böyük Britaniyalı pilot Corc Rassel “Mercedes” komandası ilə ikiillik müqavilə bağlayıb.

 90deqiqe.Az “Daily Mail”ə istinadən xəbər verir ki, 27 yaşlı pilotçunun illik maaşı 30 milyon funt sterlinq (təxminən 40,316 milyon ABŞ dolları) təşkil edir.

“Mercedes” daha əvvəl müqavilənin 2026-cı ilə qədər uzadıldığını açıqlamışdı. Rassel “Mercedes”in gənclər proqramından yetişib və 2017-ci ildən bu komandanın bir parçasıdır. O, GP3 və Formula-2-də çempion olub, “Uilliams”da üç mövsüm keçirdikdən sonra “Mercedes”in əsas komandasına qoşulub. Hazırda Rassel 237 xalla pilotlar arasında dördüncüdür.

 







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu