- Formula-1
- 19:43 04.12.2025
Niderlandlı Formula-1 pilotu və dördqat dünya çempionu Maks Verstappen (“Red Bull”) atasına, Yos Verstappene dair fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "GrandPrix" 27 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Məncə, o, komandaya rəhbərlik etməkdə çox yaxşı olardı (gülür). Bəzən bir az qısqanc ola bilər, amma düşünürəm ki, bir çox insan üçün bu, xeyirli olardı — sözün əsl mənasında arxadan bir təkan. Atam Formula-1-ə 100% uyğunlaşardı. Sadəcə, o bunu istəmir — çünki çox vaxt evdən uzaqda olursan. Atam bunu bir dəfə artıq edib. Və ailə evdə olduqda, bu, sadəcə mümkün deyil.
Norris və Piastrinin Sinqapur hadisəsi? Atamın heç bir “papa qaydası” olmazdı. Sadəcə qazı basın!”