- Formula-1
- 19:43 04.12.2025
Amerikalı sabiq Formula-1 stüardı Tim Mayer Beynəlxalq Avtomobil Federasiyası (FIA) prezidentliyinə namizədliyini geri çəkdiyini açıqlayıb.
90deqiqe.Az "Racingnews365"ə istinadən xəbər verir ki, 59 yaşlı sabiq pilotçu bu barədə Ostində keçirilən mətbuat konfransında deyib.
“FIA prezident seçkiləri bitdi. Tək namizəd qaldı, hazırkı prezident. Bu demokratiya deyil, demokratiya illüziyasıdır."
Digər namizədlər təşkilatın nizamnaməsi səbəbindən qeydiyyat problemləri ilə üzləşiblər. Namizəd olmaq üçün “prezident siyahısı” təqdim etmək tələb olunur, bu siyahıda 10 nəfər olmalıdır: Senatın prezidenti, mobililik və turizm üzrə vitse-prezident, idman üzrə vitse-prezident və yeddi idman vitse-prezidenti. Bu yeddi şəxs FIA tərəfindən təsdiqlənmiş namizədlərdən seçilməli və müxtəlif regionları – Şimali və Cənubi Amerika, Asiya-Sakit Okean regionu, Afrika, Yaxın Şərq və Şimali Afrika, Avropa – təmsil etməlidir.
Beləliklə, 29 namizəd arasında qalib gəlmək qabiliyyətinə sahib olan yeganə şəxs hazırkı prezident Məhəmməd ben Sulaim olub.