- Formula-1
- 19:43 04.12.2025
“Kick Sauber” komandasının pilotu Qabriel Bortoleto 2025 mövsümünün ən yaxşı debütantı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 21 yaşlı sürücü bu barədə jurnalistlərə açıqlama verib.
“Formula 1"ə keçid mənim karyeram üçün böyük nailiyyətdir. Bu, pilotluğa başladığım gündən bəri arzuladığım bir məqsəd idi və artıq demək olar ki, bir ildir ki, özümü möhtəşəm hiss edirəm. Bu mövsüm çox uzun alındı – çoxlu yarışlar oldu, həm özüm, həm də komanda ilə birlikdə öyrənəcəyimiz çox şey var idi. Amma ümumilikdə, hisslər mükəmməldir”
Braziliyalı pilot həmçinin 2025 mövsümünün debütantları arasında kimləri ən güclü hesab etdiyini də qeyd edib:
“Ən yaxşı debütant? Təbii ki, özümü deyərdim. Amma, məsələn, İsak Hacar (Isack Hadjar) özünü deyərdi. Onsuz da bizdə ayrıca ‘debyutantlar çempionatı’ yoxdur, buna görə bu, nəticələrə təsir etmir. Hacar bu il çox güclü çıxışlar etdi, amma son mərhələlərdə Olliye Berman (Ollie Bearman) daha çox ön plana çıxdı. Ona görə, İsaka yüksək qiymət verərdim, amma son üç mərhələ Bermanı bir addım irəli çıxardı.”
Qeyd edək ki, Qabriel Bortoleto, İsak Hacar və Olliye Berman 2025 Formula 1 mövsümündə əsas debütantlar arasında yer alıblar.