- Formula-1
- 19:43 04.12.2025
“Ferrari” komandasının yeddiqat dünya çempionu Luis Həmilton sabiq pilot Sebastyan Fettelin ətraf mühitin qorunması uğrunda fəaliyyətinə dəstək ifadə edib.
90deqiqe.Az xəbər verir ki, “Motorsport” Həmiltonun dediklərini belə çatdırıb.
“Sebə hər zaman dəstək oluram. Tanıdığım pilotlar arasında vacib məsələlər barədə açıq danışan və bunun uğrunda mübarizə aparan yeganə şəxs odur. O, baş verənlərin ümumi mənzərəsini çox yaxşı anlayır.
İndi Braziliyadayıq — burada Amazon meşələri Yer kürəsinin ürəyi, onun ağciyərləridir. Hər gün bu sərvətin necə məhv edildiyini oxumaq dəhşətlidir. Gələn həftə BMT-nin böyük sammiti keçiriləcək, lakin iqlim dəyişikliyi hələ də ən aktual məsələ olaraq qalır. Bu, bizim üçün yox, gənc nəsil üçün daha çox vacibdir.
Biz bu vəziyyəti dəyişməliyik. Gənclər günahkar deyil, biz onların gələcəyini korlamışıq”