5 dekabr 2025. Cümə

Braziliya Qran-Prisi sonrası F-1 xalları - Norris fərqi artırdı, konstruktorslarda dəyişiklik


  • Formula-1
  • 23:58 09.11.2025
  • Oxunma sayı: 72
Braziliya Qran-Prisi sonrası F-1 xalları  - Norris fərqi artırdı, konstruktorslarda dəyişiklik

Braziliya Qran-Prisindən sonra Formula-1 şəxsi hesabında Lando Norris liderliyini möhkəmlədib.

90deqiqe.Az-ın məlumatına görə, “Maklaren” pilotu komanda yoldaşı Oskar Piastridən 24 xal öndədir. Üçüncü pillədə isə “Red Bull” pilotu Maks Verstappen qərarlaşıb, Norrisdən 49 xal geri qalır.

F-1. Şəxsi hesab (top-10):

  1. Lando Norris (“Maklaren”) — 390 xal

  2. Oskar Piastri (“Maklaren”) — 366

  3. Maks Verstappen (“Red Bull”) — 341

  4. Corc Rassel (“Mersedes”) — 276

  5. Şarl Lekler (“Ferrari”) — 214

  6. Lyuis Hemilton (“Ferrari”) — 148

  7. Andrea Kimi Antonelli (“Mersedes”) — 122

  8. Aleks Albon (“Uilyams”) — 73

  9. Niko Hülkenberq (“Kik-Zauber”) — 43

  10. İsak Hadjar (“Reysinq Bullz”) — 43

Konstruktorslar kubokunda isə “Red Bull” “Ferrari”ni qabaqlayaraq üçüncü pilləyə yüksəlib. Avstriya komandası “Mersedes”dən 32 xal geridədir.

Konstruktorslar kuboku:

  1. “Maklaren” — 756 xal

  2. “Mersedes” — 398

  3. “Red Bull” — 366

  4. “Ferrari” — 362

  5. “Uilyams” — 111

  6. “Reysinq Bullz” — 82

  7. “Aston Martin” — 72

  8. “Haas” — 70

  9. “Kik-Zauber” — 62

  10. “Alpin” — 22







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”