- Formula-1
- 19:43 04.12.2025
Yeddiqat Formula-1 çempionu Luis Hemilton çətinliklərə baxmayaraq təslim olmayacağını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli pilotçu bu barədə sosial şəbəkə hesabında paylaşımında yazıb:
“Komandama dəstək oluram. Özümə dəstək oluram. Heç vaxt təslim olmayacağam. İndi də, sonra da, heç vaxt. Təşəkkür edirəm, Braziliya, həmişə.”
Qeyd edək ki, son Braziliya Qran-prisində Hemilton startda “Uilyams” pilotu Karlos Sayns ilə toqquşub və bolidin alt hissəsi ciddi zədələnib. Nəticədə britaniyalı pilot yarışdan çıxmalı olub.
Yarışı isə “Maklaren” pilotu Lando Norris qazanıb.