5 dekabr 2025. Cümə

“Ferrari" Hamiltonu əvəz etməyi düşünməlidir”


  • Formula-1
  • 23:12 12.11.2025
  • Oxunma sayı: 321
“Ferrari" Hamiltonu əvəz etməyi düşünməlidir”

Keçmiş Formula-1 sürücüsü Ralf Şumaxer “Ferrari”nin yeddidəfə dünya çempionu Luis Hamiltonu əvəz etməyi nəzərdən keçirməli olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, “F1-Insider” Şumaxerin dediklərini belə çatdırıb.

“Ferrari"nin gənc ehtiyat oyunçusu Oliver Berman var və o, "Haas" komandasında möhtəşəm performans göstərir. Qiyməti Həmiltonla müqayisədə çox aşağı olacaq. Hamilton üçün Formula-1 yarışları artıq çox sürətli görsənir.

Düşünürəm ki, Luis yaxşı dövrə vurmaq üçün çox enerji sərf etməlidir. Leklerdən öndə olmaq üçün daha çox qüvvə sərf edir və buna görə səhvlər etməyə başlayır. Hamilton “Ferrari” maşınını normal idarə edə bilmir, səhvlər edir və bu zaman itirir”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”