5 dekabr 2025. Cümə

Villi Veber Şumaxeri Verstappenlə müqayisə etdi


  • Formula-1
  • 23:30 12.11.2025
  • Oxunma sayı: 325
Villi Veber Şumaxeri Verstappenlə müqayisə etdi

Formula-1 üzrə yeddidəfə dünya çempionu Mixael Şumaxerin keçmiş meneceri Villi Veber Şumaxer və “Red Bull” pilotu Maks Verstappen arasındakı fərqləri şərh edib.

90deqiqe.Az xəbər verir ki, “F1-Insider” Veberin dediklərini belə çatdırıb.

“Maks instinkt pilotudur: o, intuisiyasına güvənir və demək olar ki, həmişə düzgün qərar qəbul edir. Mihael isə hər hərəkəti hesablayır, hər manevrini incəliklə planlayırdı. Lakin onları birləşdirən cəhət var – tam özünü vermək. Onlar şöhrət və ya şou üçün yarışmırlar. Əldə etdikləri hər şey idmanın xeyrinədir”

Qeyd edək ki, daha əvvəl Verstappenin Braziliya Qran-prisi üçün “Red Bull”un yeni mühərrik xərclərinin büdcə limiti çərçivəsində olub-olmaması müzakirə edilirdi.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”