5 dekabr 2025. Cümə

FİA komandalardan əlavə ödənişlər tələb edəcək


  • Formula-1
  • 22:09 13.11.2025
  • Oxunma sayı: 161
FİA komandalardan əlavə ödənişlər tələb edəcək

Beynəlxalq Avtomobil Federasiyası (FİA) giriş haqları sistemini dəyişir ki, bu da komandalardan beş il ərzində əlavə 75 milyon ABŞ dolları yığılmasına gətirib çıxaracaq. Komandalar isə bu vəsaitin hara xərclənəcəyinə dair açıqlama tələb edirlər.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Co Seyvud öz bloqu "Joeblogsf1"də yazıb.

Əsas dəyişiklik ödənişlərin paylanması prinsipi ilə bağlıdır. Əvvəl ödənişlər çempionatda qazandığı xallara əsasən hesablanırdı, bu isə lider və zəif komandalar arasında ciddi fərq yaradırdı. İndi ödənişlər yenidən bölüşdürüləcək: ən güclü komandalar daha az, orta sıralardakı kollektivlər isə daha çox ödəyəcək.

FİA əlavə vəsaitlərin təşkilatçılığın peşəkarlığını artırmaq üçün sərf ediləcəyini vəd edir. Lakin komandalar buna şübhə ilə yanaşır və detallı açıqlama tələb edirlər. Paddokda narahatlıq var ki, pul digər çempionatların subsidiyalaşdırılmasına və ya federasiya funksionerləri üçün əyləncə tədbirlərinə yönəldilə bilər.

Müşahidələr göstərir ki, yarış həftəsonlarında FİA-nın “qızıl keçid”ləri kəskin artıb ki, bu da komandaların narahatlığına dolayı təsdiq sayılır. Yeni maliyyə siyasəti komandalar tərəfindən bəyənilməsə də, FİA prezidenti Məhəmməd bin Sulayemə qarşı açıq etiraz etmək riskli hesab olunur.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”