- Formula-1
- 19:43 04.12.2025
37 yaşlı almaniyalı Formula-1 pilotu Niko Hülkenberq, “Kik-Zauber” komandasında çıxış edən sürücü, Braziliya Qran-Prisində həmvətəni və dördqat dünya çempionu Sebastyan Fettel tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasında iştirak etməyən yeganə pilot olub.
90deqiqe.Az "Auto Motor und Sport" nəşrinə istinadən xəbər verir ki, Sebastyan Fettel San-Paulu həftəsonu ərzində tropik meşələrin qorunmasını dəstəkləmək məqsədilə xeyriyyə aksiyası keçirib. Fettel bu təşəbbüsü F-1-in icraçı direktoru Stefano Domenikalinin və yarışın promouterinin dəstəyi ilə həyata keçirib. Aksiyanın konsepsiyası belə olub: paddokda bir divar hazırlanıb, pilotlar, komanda rəhbərləri və qonaqlar həmin divara kağız üzərində ağac rəsmləri çəkərək təşəbbüsü dəstəkləyiblər. Eyni zamanda tamaşaçılar üçün də kağız və qələmlər təqdim olunub ki, azarkeşlər də iştirak edə bilsin.
Niko Hülkenberq Sebastyana şəxsi şəkildə bildirmişdi ki, aksiyada iştirak etməyəcək. Lakin bu qərar Fettelə və ya onun təşəbbüsünə qarşı şəxsi münasibətdən qaynaqlanmayıb. Hülkenberq sadəcə gərgin və planlı yarış həftəsonu ərzində diqqətinin yayılmasını istəməyib və Sebastyan bu qərara irad tutmayıb.