5 dekabr 2025. Cümə

Argentina QP-si 20 ildən sonra F-1-ə qayıda bilər


  • Formula-1
  • 23:57 13.11.2025
  • Oxunma sayı: 292
Argentina QP-si 20 ildən sonra F-1-ə qayıda bilər

Franko Kolapintonun “Alpin” ilə müqaviləsini uzatmasından sonra paddokda Argentina Qran-Prisinin Formula-1 təqviminə geri dönməsi ilə bağlı müzakirələr canlanıb.

90deqiqe.Az xəbər verir ki, Buenos-Ayres hakimiyyəti autodromun yenidən qurulması üçün kompleks plan hazırlayıb və işlərə 110 milyon dollar ayırıb. Noyabrın sonunda mövcud pitlər söküləcək və yeni infrastruktur tikiləcək. Layihəni məşhur memar Herman Tilke rəhbərliyi ilə həyata keçirəcək.

Əvvəlcə 2027-ci ildə MotoGP mərhələsi üçün hazırlıq aparılacaq, sonradan isə tras Formula-1 mərhələlərini qəbul etmək üçün modernləşdirilə bilər. Logistika baxımından Buenos-Ayres və San-Paulu mərhələlərinin ardıcıl keçirilməsi xərcləri azaldacaq. Argentina QP-si 1998-ci ildən sonra F-1-ə qayıda bilər.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”