5 dekabr 2025. Cümə

“Barselonada səhv etdim, amma öyrəndim”


  • Formula-1
  • 23:11 14.11.2025
  • Oxunma sayı: 233
“Barselonada səhv etdim, amma öyrəndim”

28 yaşlı dördqat Formula-1 çempionu Maks Verstappen (“Red Bull”) bu mövsümdə öz çıxışı ilə razı qalmadığı mərhələ barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Crash.net" niderlandlı pilotçunun dediklərini belə çatdırıb.

“Yeganə məqam ki, özümü tənqid edə bilərəm, əlbəttə ki, Barselonadır. Həm manevr, həm də baş verən insident düzgün deyildi. Amma bu, həm də ona görə idi ki, baş verənlər mənim üçün önəmlidir. Düşünə bilərdim ki, “Maşın işləmirsə, vəziyyəti buraxım”, amma özümə görə bunu edə bilməzdim, çünki maksimumu etməmişdim. Bu səbəbdən özümə hirslənirəm və 80% sürətlə getmək olmaz.

Maşından çıxanda həmişə özümə deyə bilməliyəm: “Əlimdən gələni etdim”. Buna görə Barselonada çox qəzəbləndim — əvvəl restartdakı düzlükdə, sonra birinci dönmə zamanı və nəhayət, mövqeyi geri qaytaranda. Bu, mənim səhvim idi və əlbəttə ki, ondan öyrənirəm.

Belə hallar gələn il təkrarlanmayacaq, hətta maşınla oxşar vəziyyət olsa belə. Bunlar öyrəniləsi kiçik detallardır, amma sürət baxımından mövsüm çox yaxşı keçdi”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”