14 dekabr 2025. Bazar günü

Şumaxer 2026-cı il üçün gələcək planlarını açıqladı


  • Formula-1
  • 20:33 15.11.2025
  • Oxunma sayı: 271
Şumaxer 2026-cı il üçün gələcək planlarını açıqladı

Keçmiş Formula-1 pilotu Mik Şumaxer 2026-cı il mövsümü üçün hələ qərar vermədiyini, həm "IndyCar", həm də Dayanıqlılıq üzrə Dünya Çempionatı (WEC) perspektivlərini nəzərdən keçirdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Motorsport” onun dediklərini belə çatdırıb.

“Plan hələ açıq qalır. Açıq təkərli avtomobillərlə yarışmaq mənim üçün həqiqətən maraqlıdır, amma gələcək barədə tərəfsiz qalmağa çalışıram. Həqiqətən nəyi daha çox sevdiyimi anlamağa çalışıram. Dayanıqlılıq üzrə yarışlar maraqlıdır və yenidən maksimum qüvvə ilə çıxış etmək əladır”.

Yayda “Cadillac”ın yeni komandasına test pilotu rolunu WEC-də “Jota” komandasında çıxışla birləşdirmək üzrə danışıqlar uğursuz alınıb, bu isə Şumaxerin yaxın zamanda Formula-1-ə qayıtmasına mane olub. Eyni zamanda “Alpine” komandası onun idman və kommersiya potensialına görə Şumacheri saxlamaq istəyir və pilotdan yaxın zamanda qərar gözləyir. Komanda rəhbəri Filip Sıno bildirib ki, artıq WEC-də gələcək mövzusunda qərar verməyin vaxtıdır.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu