28 sentyabr 2026. Bazar ertəsi

"Formula 1"də Qətər Qran-prisi üçün təkər limiti tətbiq olundu


  • Formula-1
  • 20:41 17.11.2025
  • Oxunma sayı: 412
"Formula 1"də Qətər Qran-prisi üçün təkər limiti tətbiq olundu

Formula 1 komandalarına Qətərin 5,419 km uzunluğundakı “Lusail” trasında bir həftəsonu ərzində eyni təkər dəstini 25 dövrədən artıq istifadə etmək qadağan edilib.

90deqiqe.Az-ın "Planet F1"ə istinadən məlumatına görə, bu qərar təhlükəsizliyin təmin olunması məqsədilə “Pirelli” və çempionat rəhbərliyi tərəfindən verilib.

Adətən komandalar təkərlərin resursunu özləri müəyyənləşdirirlər. Lakin bu dəfə sərt limit tətbiq edilib — yarışın ümumi məsafəsinin (57 dövrə) yarısından da az. Start düzülüşünə çıxış və isinmə dövrəsində istifadə olunan təkərlər limitə daxil edilmir. Bununla yanaşı, təkərin əvvəlcədən işlədilib-işlədilməməsi də nəzərə alınacaq: əgər dəst daha əvvəl istifadə olunubsa, icazə verilən dövrə sayı müvafiq olaraq azaldılacaq.

Qətər Qran-prisi 57 dövrədən ibarət olduğundan, komandalar yarış ərzində ən azı iki pit-stop etmək məcburiyyətində qalacaqlar.







Formula-1