5 dekabr 2025. Cümə

F1-dən yeni layihə - Çempionata həsr olunan UNO oyunu təqdim olunacaq


  • Formula-1
  • 21:00 18.11.2025
  • Oxunma sayı: 185
F1-dən yeni layihə  - Çempionata həsr olunan UNO oyunu təqdim olunacaq

“Formula-1” Amerikanın oyuncaq və stolüstü oyunlar istehsalçısı olan "Mattel" şirkəti ilə əməkdaşlıq elan edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə seriyanın mətbuat xidməti məlumat yayıb.

Əməkdaşlıq çərçivəsində şirkət “Formula-1” mövzusuna həsr olunmuş xüsusi UNO oyunu buraxacaq.

Azarkeşlər həm start versiyasını, həm də çempionatın bütün 10 komandasını əhatə edən booster dəstlərini əldə edə biləcəklər. İlk buraxılış dünya çempionatından ilhamlanan 100-dən çox unikal Elite Action kartını özündə birləşdirəcək.

“UNO — dünyada ən sevilən oyunlardan biridir və insanları bir araya gətirir. UNO Elite dəstlərinin hazırlanması “Formula-1” və Mattel arasında daha bir həyəcanverici əməkdaşlıqdır. Bir brend olaraq biz həmişə azarkeşlərimizin qarşısına yeni və innovativ platformalarda çıxmağa çalışırıq. Oyunsevərlərin bu əfsanəvi oyuna “Formula-1”in rəqabət ruhunu, dramını və həyəcanını qatacaqları anı səbirsizliklə gözləyirəm”, — deyə “Formula-1”in kommersiya direktoru Emili Freyzer bildirib.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”