5 dekabr 2025. Cümə

Lando Norris Las-Veqasda ən yaxşı nəticə ilə lider oldu


  • Formula-1
  • 10:23 21.11.2025
  • Oxunma sayı: 70
Lando Norris Las-Veqasda ən yaxşı nəticə ilə lider oldu

"Maklaren" komandasının pilotu Lando Norris, Formula-1-in "Las-Veqas"da keçirilən ikinci məşq sessiyasının sonunda ən yaxşı nəticəni əldə edərək 1:33.602-lik vaxtla lider olub.

90deqiqe.Az-ın məlumatına görə, ikinci sırada "Mercedes" pilotu Andrea Kimi Antonelli (+0.029) qərarlaşarkən, üçüncü yeri isə "Ferrari" komandasında yarışan Çarles Leklerk (+0.161) tutub.

Formula-1-in yeddiqat dünya çempionu Lewis Hamilton "Ferrari" komandasında yalnız 10-cu sırada yer alıb. Digər "Maklaren" pilotu Oscar Piastri isə 14-cü sırada olub.

Formula-1. Las-Veqas Qran Prisi. İkinci məşq nəticələri:

  1. Lando Norris ("Maklaren") — 1:33.602

  2. Andrea Kimi Antonelli ("Mercedes") +0.029

  3. Çarles Leklerk ("Ferrari") +0.161

  4. Nico Hülkenberg ("Kik-Sauber") +0.277

  5. Isak Hacar ("Racing Bulls") +0.291

  6. Liam Lavson ("Racing Bulls") +0.299

  7. Corci Russell ("Mercedes") +0.435

  8. Aleks Albon ("Uilliams") +0.465

  9. Max Verstappen ("Red Bull") +0.503

  10. Luis Hamilton ("Ferrari") +0.525

  11. Lanse Stroll ("Aston Martin") +0.589

  12. Pierre Qasli ("Alpine") +0.771

  13. Karlos Sains ("Uilliams") +0.833

  14. Oscar Piastri ("Maklaren") +0.891

  15. Yuki Tsunoda ("Red Bull") +1.090

  16. Franko Kolapinto ("Alpine") +1.222

  17. Olivye Berman ("Haas") +1.384

  18. Fernando Alonso ("Aston Martin") +1.410

  19. Esteban Okon ("Haas") +1.626

  20. Qabriel Bortoleto ("Kik-Sauber") +1.897







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”