20 yanvar 2026. Çərşənbə axşamı

"Formula 1 çox mürəkkəbləşib"


  • Formula-1
  • 15:47 21.11.2025
  • Oxunma sayı: 84
"Formula 1 çox mürəkkəbləşib"

Dördqat dünya çempionu, "Red Bull" pilotu Maks Verstappen, Formula-1-in hazırkı qaydaları barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "Crash.net"a istinadən məlumatına görə, niderlandlı pilot mövcud qaydalara çox müsbət yanaşmadığını bildirib, amma onları izləməyə məcbur olduğunu vurğulayıb.

"Hazırkı qaydaları bəyənə bilmərəm, amma sadəcə onlara tabe oluram. Formula-1 artıq çox mürəkkəbləşibmi? Bəli, belə demək olar. Qaydalar artdıqca, hər şey daha çətin olur. Məhkəmələr məcbur olur ki, qaydalara tam uyğun hərəkət etsinlər: gözlə gördüyünüzlə, qaydalarda yazılanlar hər zaman üst-üstə düşə bilməz"

Verstappen, zarafatla əlavə edib: "Karlos və Corci artıq hər şeyi hazırlayıb, mən sadəcə rahatlanacağam"

Karlos Sains və Corci Russell, Formula-1 sürücüləri Assosiasiyasının (GPDA) üzvləridir və bu qurum FİA ilə yaxından əməkdaşlıq edir.







Formula-1

"Nəticələri olacaq"
  • Formula-1
  • 07:16 18.01.2026
"Nəticələri olacaq"