5 dekabr 2025. Cümə

“Maklaren” pilotu titul mübarizəsi barədə danışdı


  • Formula-1
  • 23:13 21.11.2025
  • Oxunma sayı: 56
“Maklaren” pilotu titul mübarizəsi barədə danışdı

“Maklaren”in pilotu Lando Norris titul yarışına dair fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "The Guardian" britaniyalı pilotçunun dediklərini belə çatdırıb.

“Hər şey asanlıqla əksinə dönə bilər, baxmayaraq ki, bunu istəmirəm. Bu, avtosportdur. Burada həm uğur, həm də uğursuzluq ola bilər. Nəticə barədə əvvəlcədən sevinməyin və ya düşünməyin mənası yoxdur. Mənim üçün hələ də məsələ uzaq görünür.”

Hazırda britaniyalı sürücü komanda yoldaşı Oskar Piastridən 24 xal öndədir. “Red Bull”dan Maks Verstappenlə fərqi isə 49 xal təşkil edir.

Qeyd edək ki, noyabrın 21-dən 23-dək Las-Veqas Qran-Prisi keçirilir. Sonrakı mərhələlər hələ təqvimdə nəzərdə tutulub.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”