5 dekabr 2025. Cümə

"O, iki-üç ildir ki, komanda yoldaşlarını məğlub edə bilmir"


  • Formula-1
  • 23:24 21.11.2025
  • Oxunma sayı: 56
"O, iki-üç ildir ki, komanda yoldaşlarını məğlub edə bilmir"

"Formula-1"in sabiq sürücüsü Devid Kalthard Luis Hemiltonun “Ferrari”dəki çıxışını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Formula Passion" sabiq pilotçunun dediklərini belə çatdırıb.

“Mixail Şumaxer 2010-cu ildə geri qayıtdığında hələ də möhtəşəm idi, amma ‘Ferrari’də çıxış etdiyi dövrdəki kimi dominant deyildi. Orada o, komandada lider idi və yoldaşlarını ardıcıl olaraq məğlub edirdi. Lyuisin vəziyyətinə gəlincə, artıq iki-üç ildir ki, komandadakı yoldaşları ilə mübarizədə qalib gələ bilmir.”

Qeyd edək ki, Hemilton 2025 mövsümündə fərdi sıralamada altıncı yerdədir və lider Şarl Leklerdən 66 xal geri qalır.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”