- Formula-1
- 19:43 04.12.2025
“Ferrari”nin pilotu Şarl Lekler 2026-cı il mövsümündən sonra italyan komandası ilə yollarını ayırmağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, monakolu sürücü “Skuderiya”dan ayrılarsa, “Aston Martin”lə müqavilə imzalayacaq.
Lekler 2026-cı il mövsümünün ilk üç–dörd yarışında “Ferrari”dən nəticə gözləyəcək:
“Əgər komanda yenidən məyus edici nəticə göstərsə, o halda Lekler 2027-ci ildən etibarən ‘Aston Martin’in sürücüsü olacaq”, – deyə jurnalist YouTube-da yayımlanan "Terruzzi Racconta" proqramında bildirib.
Daha əvvəl ekspert Leo Turrini britaniyalı komandanın Leklerin meneceri Nikola Todtla dəfələrlə əlaqə saxladığını bildirmişdi.
Hazırda Şarl Lekler sürücülərin ümumi sıralamasında 226 xalla 5-ci yeri tutur. Çempionata 390 xalla “Maklaren” pilotu Lando Norris başçılıq edir.