- Formula-1
- 19:43 04.12.2025
40 yaşlı yeddiqat Formula-1 çempionu Luis Hemilton üçün nəzərdə tutulmuş “Ferrari” F44 idman avtomobilinin inkişafı ləğv olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı İtalyan jurnalist Cordjo Terrucci "YouTube" kanalında yayıb.
Avtomobil "Ferrari F40"ın bazasında hazırlanmalı və Hemiltonun yarış nömrəsini əks etdirərək F44 adlandırılmalı idi.
Hemilton 2025-ci ildə “Mercedes”də altı çempionluq qazandıqdan sonra “Ferrari”yə keçib. Mövsüm ərzində britaniyalı sürücü yalnız Şanxay sprintində qalib gəlib və əsas yarışlarda podiuma çıxmayıb.