- Formula-1
- 19:43 04.12.2025
“Red Bull”un pilotu Maks Verstappen bildirib ki, bu mövsüm Formula-1-də dünya çempionu titulunu itirmək ehtimalı onu narahat etmir. Dördqat dünya çempionu ardıcıl beşinci titulu qazanmaq şanslarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, "Racing News 365" 28 yaşlı sürücünün dediklərini belə çatdırıb.
“Xeyr, bunun üçün əsəbiləşməyəcəyəm. Onsuz da məzuniyyətə gedəcəyəm. Prioritetləri düzgün müəyyən etməyi və vəziyyətləri buraxmağı bacarıram. Buna görə ağlamaq fikrim yoxdur”
Niderlandlı sürücü etiraf edib ki, titulu qazanmaq üçün müəyyən şərtlər uyğun gəlməlidir: “Mənim çempionluq şansım üçün "Maklaren"in pilotu Lando Norris uğursuzluqla üzləşməlidir. Bununla yanaşı, mənim özüm də eyni sayda xala malik olduğum digər "Maklaren" sürücüsü Oskar Piastrini qabaqlamalıyam”.