- Formula-1
- 19:43 04.12.2025
Yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Luis Hemilton komandaya qoşulmaq qərarına görə peşman olmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, britaniyalı sürücü mövsümün necə keçəcəyini əvvəlcədən bilsəydi, müqavilə bağlayıb-bağlamayacağını söyləmək istəməyib:
“Bu hipotetik sualdır, ona görə cavab verməzdim. Komandaya qoşulmaq qərarımdan peşman deyiləm. Yaxşı başa düşürəm ki, komanda daxilində böyümək və inkişaf etmək üçün vaxt lazımdır. Məhz bunu gözləyirdim”
Xatırladaq ki, Luis Hemilton 2024 mövsümünün sonunda “Mercedes”dən “Ferrari”yə keçib. “Ferrari” isə ispaniyalı pilot Karlos Saynsla yollarını ayırıb.