5 dekabr 2025. Cümə

“Onun təyinatı komandamız üçün məntiqli addımdır”


  • Formula-1
  • 22:17 27.11.2025
  • Oxunma sayı: 207
“Onun təyinatı komandamız üçün məntiqli addımdır”

“Aston Martin”in ispaniyalı pilotu Fernando Alonso komandalarının texniki direktoru Adrian Nyuinin 2026-cı ildən etibarən baş komanda rəhbəri təyin olunması barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" 44 yaşlı sürücünün dediklərini belə çatdırıb.

“Adrianla onun baş komanda rəhbəri olacağı mövzusunu birbaşa müzakirə etmədik. Daha çox maşının texniki detalları barədə söhbət etdik, gələcək planlardan yox.

Bu, yaxşı xəbərdir. O, bolidin texniki inkişafına rəhbərlik edib, komandada zəif nöqtələrimizi gücləndirmək üçün çalışıb. Əsasən idarəçilik işlərini o özü görüb, Andy isə mühərrikin hazırlanması və şassiyə inteqrasiyası ilə məşğul olub.

2026-cı ildə bir nəfər şassi, digəri mühərrik inteqrasiyası üzrə işləyəcək və komandamızda çox güclü liderlər olacaq. Adrianın tək üslubu var – nəticəyə fokuslanmaq və mükəmməlliyin həddini aşmaq.

Biz unutmamalıyıq ki, komandamız hələ çox gəncdir. Son iki-üç ildə sürətlə inkişaf edib, bir çox əməkdaşlarımız bu idman növündə təzədirlər və onlara Adrianın rəhbərliyi və digər təcrübəli liderlərin dəstəyi lazımdır ki, Formula-1-də uğur qazana bilsinlər”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”