- Formula-1
- 19:43 04.12.2025
“Red Bull” pilotu Maks Verstappen bildirib ki, “Maklaren” sürücüləri Oskar Piastri və Lando Norris arasında mübarizə sərbəst şəkildə davam etməlidir və komanda heç birinə məhdudlaşdırıcı komanda əmri tətbiq etməməlidir.
90deqiqe.Az xəbər verir ki, "France24" niderlandlı sürücünün dediklərini belə çatdırıb.
“Pilotlara sadəcə öz yarışlarını etməyə imkan vermək ən doğru yanaşmadır. Nəyə görə Oskarın Norrislə tam şəkildə mübarizə aparması qadağan edilməlidir?
Əsl qalib geridə olsa belə döyüşməlidir, əks halda yarışmanın mənası qalmır. Bu halda pilotu ‘ikinci nömrə’ adlandırmaq olar, amma düşünmürəm ki, Piastri belə biri olmaq istəyər. Hazırda Oskarla xallarımız bərabərdir və hələ uzun mövsüm qarşıdadır. Məncə, hər iki sürücüyə tam azadlıq verilməlidir”
Xatırladaq ki, “Maklaren” rəhbərliyi daha əvvəl heç bir sürücüyə üstünlük verilməyəcəyini açıqlamışdı.