5 dekabr 2025. Cümə

Hemilton Lekler qarşısında antirekord müəyyənləşdirdi


  • Formula-1
  • 01:50 30.11.2025
  • Oxunma sayı: 70
Hemilton Lekler qarşısında antirekord müəyyənləşdirdi

“Ferrari” pilotu, yeddiqat dünya çempionu Luis Hemilton komanda yoldaşı Şarl Leklerlə müqayisədə antirekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı sürücü, Leklerin karyerasında bir mövsümdə ona 18 əsas kvalifikasiyada uduzan ilk pilot olub. 

Qətər Qran-Prisinin kvalifikasiyasından sonra Həmilton – Lekler dueli 5:18 hesabı ilə monakolu pilotun xeyrinədir.

Bundan əvvəl yalnız bir pilot – 2018-ci ildə “Alfa Romeo”nun sürücüsü Markus Eriksson – Leklerə bir mövsümdə 17 kvalifikasiyada uduzmuşdu.

Qeyd edək ki, nəticələrə yalnız əsas kvalifikasiya sessiyaları daxildir, sprintlər üçün keçirilən sessiyalar nəzərə alınmır.

Xatırladaq ki, Lyuis Həmilton son iki yarışda ardıcıl olaraq üçüncü seqmentə yüksələ bilməmişdi.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”