- Formula-1
- 19:43 04.12.2025
“Maklaren”in pilotu Lando Norris “Red Bull” sürücüsü Maks Verstappenin onun komandasına keçəcəyi təqdirdə çempionluğu asanlıqla qazana biləcəyi barədə dediklərinə cavab verib.
90deqiqe.Az-ın məlumatına görə, Norris bildirib ki, dördqat dünya çempionu olan Verstappen istədiyini deməkdə azaddır:
“Düzünü desəm, o, nə istəyirsə, deyə bilər. Buna haqqı var, çünki dörd dünya çempionluğu qazanıb. Ona böyük hörmətim var və düşünürəm ki, əldə etdiyi nəticələr çoxlarının xəyal edə bilmədiyi nailiyyətlərdir. Maks bir çox məsələlərdə yaxşı anlayışa malikdir, amma bilmədiyi şeylər də az deyil. Bu, həm də ‘Red Bull’un məsələlərə yanaşması, onun aqressiv xarakteri və bəzən əsassız fikirlər səsləndirməsidir”.
Norris əlavə edib ki, komanda olaraq əsas məqsədləri diqqəti qorumaqdır:
“İstəsəniz, onu dinləyə bilərsiniz, amma biz öz işimizi görürük – başımızı aşağı salıb fokuslanırıq. Bəlkə də, o, bu il titul qazana bilərdi, amma hələ baş verməyib və o, cəhd etməyə davam edir”.