5 dekabr 2025. Cümə

“Artıq itirəcəyim heç nə yoxdur”


  • Formula-1
  • 19:43 04.12.2025
  • Oxunma sayı: 36
“Artıq itirəcəyim heç nə yoxdur”

Dördqat “Formula-1” dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen 2025-ci mövsümün son mərhələsi öncəsi beşinci titula şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə sürücünün rəsmi saytı məlumat yayıb.

“Bu, 24 mərhələdən ibarət mövsümdür – bəzi yarışlar yaxşı, bəziləri isə daha çətin keçdi. Bir çox Qran-pridə qələbə tempimiz yox idi, amma nəticədə buradayıq. Mövsümümüzlə, xüsusən də ikinci yarıda dönüş etməyimizlə qürur duyuram. Sonadək prosesdən zövq almağa çalışacağıq.

Atam Keniya rallisində iştirak edir, anam isə evdədir – onların burda olmasını planlaşdırmamışdıq. Açığı, özüm də titul uğrunda mübarizədə qalacağımı gözləmirdim.

Sakitəm, itirəcək heç nəyim yoxdur. Komandayla ağır dövrdən sonra ikinci yarıda çalışmaqdan böyük zövq aldım. Məyusluqdan bu səviyyəyə gəlmək inanılmazdır. Yenidən qələbə qazanmaq əladır, amma bu, mənim üçün bonusdur – əlavə titul uğrunda mübarizə aparmaq imkanı belə böyük motivasiyadır. Yaxşı bir həftəsonu keçirməyə çalışacağıq, çünki hər şey yalnız mənim əlimdə deyil.

Kubok da evdəki dörd kubokun eynisidir – beşincinin gəlməsi pis olmazdı. Qazanmağa çalışacağam, amma Formula-1-də istədiyim hər şeyi artıq əldə etmişəm. Qalanı sadəcə bonusdur. Əlimizdən gələni edəcəyik və nəticəyə baxacağıq. Real danışsaq, ən sürətli biz olmayacağıq, amma yarışda hər şey mümkündür”, – deyə Verstappen bildirib.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”