- Formula-1
- 20:34 05.12.2025
Abu-Dabidə mövsümün sonuncu – 2025-ci il Dünya Çempionatının final mərhələsi çərçivəsində keçirilən ikinci sərbəst yürüşün nəticələri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, “Maklaren” pilotu Lando Norris sessiyanın ən sürətli sürücüsü olub.
Britaniyalı pilot 1:23.083 nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb. Onun ən yaxın izləyicisi “Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen olub. “Mercedes” pilotu Corc Rassell isə üçüncü yeri tutub.
İkinci sərbəst yürüşün nəticələri:
Lando Norris (“Maklaren”) — 1:23.083
Maks Verstappen (“Red Bull”) +0.363
Corc Rassell (“Mercedes”) +0.379
Oliver Berman (“Haas”) +0.418
Niko Hülkenberq (“Kick-Sauber”) +0.467
Qabriel Bortoletto (“Kick-Sauber”) +0.487
İsak Hacar (“Racing Bulls”) +0.574
Şarl Lekler (“Ferrari”) +0.575
Fernando Alonso (“Aston Martin”) +0.625
Andrea Kimi Antonelli (“Mercedes”) +0.667
Oskar Piastri (“Maklaren”) +0.680
Lens Stroll (“Aston Martin”) +0.749
Karlos Sains (“Uilliams”) +0.789
Lyuis Hemilton (“Ferrari”) +0.856
Aleks Albon (“Uilliams”) +0.867
Esteban Okon (“Haas”) +0.875
Yuki Tsunoda (“Red Bull”) +1.220
Liam Lawson (“Racing Bulls”) +1.391
Franko Kolapinto (“Alpine”) +1.688
Pyer Qasli (“Alpine”) +1.880