6 dekabr 2025. Şənbə

Həmilton üçüncü sərbəst yürüşdə qəzaya uğradı və sessiya dayandırıldı - FOTO


  • Formula-1
  • 15:32 06.12.2025
  • Oxunma sayı: 21
Həmilton üçüncü sərbəst yürüşdə qəzaya uğradı və sessiya dayandırıldı  - FOTO

“Ferrari”nin 40 yaşlı britaniyalı pilotu, yeddiqat Formula-1 çempionu Luis Həmilton Əbu-Dabi Qran-prisinin üçüncü sərbəst yürüşündə qəza törədib.

90deqiqe.Az-ın məlumatına görə, hadisə nəticəsində trasda qırmızı bayraq qaldırılıb.

Sol döngəyə daxili trayektoriya ilə daxil olan Həmiltonun bolidi idarədən çıxıb və demək olar 360 dərəcə fırlanaraq təhlükəsizlik baryerinə çırpılıb.

Xəbər yayıldığı anda trasda sarı bayraqlar qüvvədə olub və sessiya davam etdirilib. Hazırda ən yaxşı nəticəyə “Red Bull”un pilotu, dördqat dünya çempionu Maks Verstappen sahibdir. “Maklaren” sürücüsü Lando Norris altıncı, komanda yoldaşı Oskar Piastri isə 15-ci vaxt göstərib.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”