8 dekabr 2025. Bazar ertəsi

Lando Norris karyerasında ilk dəfə Formula-1 çempionu oldu


  • Formula-1
  • 18:34 07.12.2025
  • Oxunma sayı: 63
Lando Norris karyerasında ilk dəfə Formula-1 çempionu oldu

26 yaşlı britaniyalı sürücü Lando Norris, “Maklaren” komandası ilə çıxış edərək, 2025-ci ilin final Qran-Prisi – Əbu-Dabi mərhələsi sonrası fərdi hesabda mövsümün çempionu olub.

90deqiqe.Az-ın məlumatına görə, finala qədər Norris lider idi və “Red Bull”un dördqat dünya çempionu Maks Verstappen üzərində 12 xallıq üstünlük saxlayırdı. Britaniyalı pilot üçün titul üçün yalnız ilk üçlükdə finiş etmək kifayət edirdi.

Norris 2019-cu ildən Formula-1-də çıxış edir, debütünü Avstraliya Qran-Prisində “Maklaren” komandası ilə etmişdi. 2024-cü mövsümdə isə fərdi hesabda çempionluq uğrunda mübarizə apararaq ikinci yerə sahib olmuşdu.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”