- Formula-1
- 22:41 07.12.2025
“Red Bull” komandası ilə dördqat Formula 1 çempionu olan Maks Verstappen 2025-ci il mövsümünü şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 28 yaşlı sürücünün dediklərini belə çatdırıb.
“Düşünürəm ki, mövsümümüz Amerika təpələrini xatırladırdı, xüsusilə də başlanğıcı. Lakin çətin dövrlərdən sonra vəziyyəti dəyişmək və əldə etdiyimiz nəticələrə çatmaq asan deyildi. Bəzən yarışlardan sonra nəyin pis və qeyri-sabit olduğunu anlayacaq səviyyədə deyildik.
Komanda heç vaxt təslim olmadığını göstərdi. 100-dən çox xal fərqi olanda ‘artıq hər şey bitdi’ demək asandır. Amma onlar problemi anlamağa davam etdilər və bu, həqiqətən xoş idi — yenidən mübarizəyə qayıtmaq çox gözəl hiss idi. Sonda fərqi yoxdur, bir xal, on xal və ya iyirmi xal uduzursan — nəticədə geridəsən. Bu dəfə fərq cəmi iki xal oldu, amma yol möhtəşəm idi. Mənim xoşuma gəldi”
Niderlandlı pilot Lando Norrisə (“Maklaren”) cəmi iki xal uduzaraq şəxsi birincilikdə ikinci olub.