8 dekabr 2025. Bazar ertəsi

Marko “Red Bull”dan ayrılacaq


  • Formula-1
  • 22:15 08.12.2025
  • Oxunma sayı: 27
Marko “Red Bull”dan ayrılacaq

“Red Bull”un 82 yaşlı məsləhətçisi Helmut Marko komandadan ayrılacaq.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, Marko 2025-ci ilin sonunda Avstriya komandasındakı vəzifəsini tərk edəcək.

“Red Bull” və Helmut Marko arasındakı əməkdaşlığın bitməsi barədə razılıq əldə olunub.

Rəsmi açıqlamaya görə, Marko öz istəyilə, 20 illik xidmətindən sonra komandadan ayrılacaq. Qeyd olunur ki, onun müqaviləsi növbəti Formula 1 mövsümünün sonuna qədər qüvvədə idi.

Cari mövsümdə “Red Bull” Konstruktorlar Kubokunda üçüncü yeri tutub, dördqat dünya çempionu Maks Ferstappen isə iki xalla yeni çempion Lando Norrisdən geri qalaraq ikinci yeri əldə edib.







Formula-1

Marko “Red Bull”dan ayrılacaq
  • Formula-1
  • 22:15 08.12.2025
Marko “Red Bull”dan ayrılacaq