9 dekabr 2025. Çərşənbə axşamı

Maks Verstappendən Helmut Markoya minnətdarlıq


  • Formula-1
  • 20:02 09.12.2025
  • Oxunma sayı: 49
Maks Verstappendən Helmut Markoya minnətdarlıq

“Red Bull”un pilotu, Formula-1 üzrə dördqat dünya çempionu Maks Verstappen komandanın sabiq məsləhətçisi Helmut Markoya təşəkkür edib.

90deqiqe.Az xəbər verir ki,  bu barədə niderlandlı pilotçu "X" sosial şəbəkə hesabında yazıb.

“Çox sağ ol, Helmut. Birlikdə xəyal etdiyimiz hər şeyə nail olduq. Mənə inandığın üçün sənə sonsuz dərəcədə minnətdaram”

Qeyd edək ki, 82 yaşlı Helmut Marko “Red Bull” komandasının Formula-1-də debüt etdiyi 2005-ci ildən etibarən müşavir kimi fəaliyyət göstərib. Onun dövründə komanda altı dəfə Konstruktorlar Kubokunu qazanıb. Sebastyan Fettel və Maks Ferstappen isə dörd-dörd dəfə dünya çempionu adına layiq görülüblər.

Helmut Marko 1971–1972-ci illərdə Formula-1 pilotu kimi çıxış edib. O, gözündən aldığı zədə səbəbindən 29 yaşında karyerasını erkən başa vurub.







Formula-1

Marko “Red Bull”dan ayrılacaq
  • Formula-1
  • 22:15 08.12.2025
Marko “Red Bull”dan ayrılacaq