- Formula-1
- 23:41 09.12.2025
"Maklaren" pilotu Lando Norris bildirib ki, Abu-Dabi Qran-Prisində "Red Bull" təmsilçisi Yuki Tsunoda ilə sərt mübarizə onun üçün gözlənilməz olmayıb.
90deqiqe.Az xəbər verir ki, "RaceFans" Norrisin dediklərini belə çatdırıb.
"Biz əvvəlcədən bilirdik ki, Tsunoda belə edə bilər — mənim irəliləməyimi çətinləşdirmək üçün, elə əvvəllər Peres Hamiltonla etmişdi. Buna görə planlarımızda hazır idik. Amma mən tezliklə onu keçə bildim. Hər şey çox yaxın idi — həqiqətən yaxın. O anda düşünürsən ki, əgər orada beş santimetr az yer olsaydı, hər şey başa çatmış ola bilərdi".
Tsunoda bir neçə dəfə beşinci və altıncı döngələr arasındakı düz xətdə trayektoriyasını dəyişərək britaniyalı pilotun irəliləməsini çətinləşdirməyə çalışmış, stüardlar isə bu manevri qayda pozuntusu hesab edib və ona beş saniyəlik cəza vermişdi.