- Formula-1
- 23:59 10.12.2025
Yeni dünya çempionu, “Maklaren” pilotu Lando Norris vətəni Somerset qraflığının hökuməti onun şərəfinə küçə adlandırıb.
90deqiqe.Az-ın məlumatına görə, Qlastonberiyə yaxın Strit şəhərində yerləşən Klarks Vilic kompleksi daxilindəki piyada zonası artıq Lando Lane (Lando küçəsi) adını daşıyır.
Uşaqlıq illərini həmin yerdə keçirən Lando burada məktəbə gedib.
"Klarks Vilic"in direktoru Kris Deyvis qeyd edib: “Lando yerli qəhrəmandır və onun dünya çempionu olması hamımızı çox sevindirdi. O, uşaqlıq illərini burada keçirdi və məhz həmin vaxt kartinqlə məşğul olmağa başladı. Bu, onu dünyanın ən yaxşı sürücülərindən birinə çevirdi. Küçənin Lando Lane (Lando küçəsi) adlandırılması bu inanılmaz uğuru qeyd etməyimizin bir yoludur.”