11 dekabr 2025. Cümə axşamı

FİA 2026-cı il Formula-1 mövsümü ilə bağlı qərarlar qəbul edib


  • Formula-1
  • 23:59 10.12.2025
  • Oxunma sayı: 61
FİA 2026-cı il Formula-1 mövsümü ilə bağlı qərarlar qəbul edib

Daşkənddə (Özbəkistan) 2025-ci il üçün Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Dünya Avtomobil İdmanı Şurasının son iclası keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, iclas zamanı əsas diqqət 2026-cı il mövsümündə keçiriləcək Formula-1 yarışlarına yönəldilib. Gələn il komandaların qran-pri zamanı personal limiti müvəqqəti olaraq 60 nəfərə qədər artırılacaq, bu da yeni nəsil bolidlərin effektiv işləməsini təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, yarışların dayandırılması və bərpa olunması proseduru sadələşdirilib (təfərrüatlar açıqlanmır).

İclasda həmçinin təsdiqlənib ki, 2027-ci ildən etibarən Formula-1 mövsümündən əvvəl bir test sessiyası keçiriləcək.

Üstəlik, FİA bildirib ki, sprint həftəsonları çərçivəsində qırmızı bayraqların istifadəsindən sonra ilk sərbəst məşq müddəti uzadılacaq, beləliklə iştirakçılar üçün kifayət qədər təlim vaxtı təmin ediləcək.







Formula-1

Marko “Red Bull”dan ayrılacaq
  • Formula-1
  • 22:15 08.12.2025
Marko “Red Bull”dan ayrılacaq