- Formula-1
- 22:14 11.12.2025
Yeddiqat dünya çempionu, “Ferrari” pilotu Luis Hamilton gələcək planları ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Motorsport" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“Şübhəçilərə heç nə cavab verməzdim. Onlardan heç biri mənim əldə etdiklərimə çata bilməyib, ona görə də hətta mənim səviyyəmdə deyillər.
Hər şey işə, yarışlara olan sevgidədir. Mən ətrafımdakı insanlardan və azarkeşlərimdən inanılmaz dəstək alıram. Vacib olan xəyalımızdan gözümüzü çəkməməkdir. Hələ də ürəyimdə bir arzum var və ona görə çalışıram”
Qeyd edək ki, Hamilton mövsümü şəxsi hesablamada 6-cı yerdə başa vurub və karyerasında ilk dəfə bir mövsümdə podium qazana bilməyib.