13 dekabr 2025. Şənbə

FIA-nın yenidən rəhbəri oldu


  • Formula-1
  • 22:21 12.12.2025
  • Oxunma sayı: 54
FIA-nın yenidən rəhbəri oldu

12 dekabrda Özbəkistanda keçirilən FIA Baş Assambleyasında Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulaim ikinci müddətinə yenidən seçilib.

90deqiqe.Az-ın məlumatına görə, o, ümumi səsvermədə 91,5% səs toplayıb.

Seçkilərdə başqa rəqib namizədlər iştirak etməyib. Namizədlərdən bəziləri FIA-nın nizamnaməsi səbəbindən qeydiyyat üçün tələb olunan sənədləri təqdim edə bilməyib.

Prezidentliyə namizəd olmaq üçün “prezident siyahısı” hazırlanmalıdır. Siyahıda senatorlar prezidenti, mobililik və turizm üzrə vitse-prezident, idman üzrə vitse-prezident və yeddi idman vitse-prezidenti yer almalıdır. Bu yeddi vitse-prezident FIA tərəfindən təsdiqlənmiş WMSC namizədləri arasından seçilir və müxtəlif regionları – Şimali və Cənubi Amerika, Asiya-Sakit Okean regionu, Afrika, Yaxın Şərq və Şimali Afrika, Avropa – təmsil etməlidir.

 







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu