17 dekabr 2025. Çərşənbə

FİA 2026-cı ildən Formula-1 bolidlərinin yeni görünüşünü təqdim etdi - FOTOLAR


  • Formula-1
  • 19:50 17.12.2025
  • Oxunma sayı: 26
FİA 2026-cı ildən Formula-1 bolidlərinin yeni görünüşünü təqdim etdi - FOTOLAR

Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2026-cı mövsümdən qüvvəyə minəcək texniki reqlamentdə edilən genişmiqyaslı dəyişikliklərdən sonra Formula-1 bolidlərinin yeni renderlərini təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, yeni bolidlər hazırkılarla müqayisədə xeyli qısa, daha ensiz və daha yüngül olacaq. Dəyişikliklər trasda ötmə imkanlarının artırılmasına yönəlib. Qısaldılmış təkər bazası avtomobillərin döngələrdə daha manevrli olmasını təmin edəcək.

Ən diqqətçəkən yenilik aktiv aerodinamika sistemi (active aero) olacaq. Bu sistem pilotlara yarış zamanı ön və arxa antikrilaların hücum bucağını dəyişməyə imkan verəcək. Sözügedən texnologiya hazırkı DRS sistemini əvəzləyəcək və tras üzərində mübarizənin əsas alətlərindən birinə çevriləcək. Xarici görünüşdə isə bu, qanadların daha sadə konstruksiyası ilə özünü göstərəcək.

Bundan əlavə, ekoloji texnologiyalara keçid çərçivəsində 2026-cı ildən etibarən Formula-1 bolidləri 100% dayanıqlı bioloji yanacaqdan istifadə edəcək. Təqdim olunan renderlər həmçinin ön təkərlərin üzərindəki qoruyucu tağlardan imtina edildiyini də təsdiqləyir.

Qeyd edək ki, rəsmi görüntülər daha əvvəl anons edilmiş əsas yenilikləri təsdiqləyib.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu